Müğənni Bahar Lətifqızının prodüseri Vəfa Nuriyevanın ailəsinə ağır itki üz verib.
Teleqraf.com-un məlumatına görə, azərbaycanlı prodüserin atası Vaqif Nuriyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Bahar Lətifqızı əməkdaşımıza danışıb: “Allah bütün insanlara mənim prodüserim kimi qeyrətli qız övladı nəsib etsin. Vəfanın atası ilə 2 gün öncə bir şəkil çəkdirdik, mənə xeyir-dua verdi. O xeyir-dua heç zaman mənim qulağımdan getməz. Ruhun şad olsun, Vaqif ata”.
Qeyd edək ki, mərhumla vida mərasimi bu gün saat 2-də olacaq.
Sabah isə Vaqif Nuriyevin 3 mərasimi keçiriləcək.