22 Avqust 2014 15:35
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronomlar kainatdakı təxminən ən qədim ulduzlardan birinin izlərini aşkar ediblər.

Onun qalıqları Süd Yolu haləsindəki başqa ulduz obyektinin cisminə səpələnib.

Teleqraf.com-un trend-ə istinadən məlumatına görə, bu barədə "Elm" ("Science") jurnalında dərc edilmiş tədqiqatda deyilir.

Alimlər hesab edirlər ki, ən qədim ulduzlardan bəzisi Günəşdən yüz dəfələrlə böyük olub, lakin indiyədək bu ehtimal heç nə ilə təsdiqlənməyib.

Tədqiqatın müəlliflərindən biri, Yaponiyanın Milli Astronomiya Rəsədxanasının əməkdaşı Vako Aoki deyib: "Bizim kəşfimiz belə nəhəng ulduzların mövcudluğunu sübut edir. Belə obyektlər digər ulduzların və qalaktikaların formalaşmasına nəhəng təsir göstərib".

Yerdən min işıq ili uzaqlıqda yerləşən göy cisminin qalıqları "Subaru" teleskopunun köməyi ilə aşkar edilib. Obyektə "SDSS J0018-0939" adı verilib.

Ulduz qeyri-adi kimyəvi tərkibə malikdir və məhz onun haqqındakı məlumatlar sayəsində alimlər göy cisminin yaranması haqqında faktları öyrənə biliblər. Alimlərin fikrincə, ulduzun yaşı 13 milyard ilə yaxın ola bilər. Kainatın sürətli genişlənməsinin başlandığı Böyük Partlayış isə 13,8 milyard il əvvəl baş verib.


Müəllif:

Oxşar xəbərlər