22 Oktyabr 2018 08:48
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik həyatımızda nizamlı olaraq etdiyimiz bəzi vərdişlər var ki, hamı bunların sağlam olduğunu düşünür. Amma fərqində olmadan insanların qeyri-sağlam çoxlu vərdişlər olur.

Teleqraf.com onların bəzilərini təqdim edir.

Yeməkdən sonra dişləri fırçalamaq

Dişləri fırçalamaq diş sağlığı üçün olduqca önəmlidir, amma bunu yemək yeyəndən dərhal sonra etsəniz bu doğru olmaz. Bu proses diş minanıza zərər verər və çürüklər əmələ gətirər.


Yeməkdən sonra gəzinti

Yemək yedikdən sonra dərhal gəzintiyə çıxmaq olduqca təhlükəlidir. Hərəkətli yürüyüş ürəyinizi yorar və infarkt keçirməyə qədər gətirib çıxara bilər. Yeməkdən bir-iki saat sonra gəzintiyə çıxmaq daha məsləhətlidir.

Əl təmizliyi

Əlləri yumağa yer tapılmayanda əllərinizi steril hala gətirmək üçün antiseptik dəsmallardan istifadə edilir. Əl özü-özünü təmizləyən yaralı mikroblar daşıyır. Bu antiseptik dəsmallar yararlı mikrobları yox edər. Ona gör də mümkün qədər az istifadə etmək lazımdır.

Yağsız xörəklər yemək

Yağsız yeməklərin faydalı olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Yağsız yeməklərə ləzzət qatmaq üçün bir sıra kimyəvi maddələrdən istifadə oluna bilər. Yağın verdiyi ləzzəti almaq üçün əlavə maddələr də yeməyə qatılır. Bunun yerinə sağlıqlı yağlarla hazırlanmış yeməklərə üstünlük verə bilərsiniz. Misal üçün bitki və doymamış yağlardan istifadə edə bilərsiniz.

Paltarla yatmaq

Büstqalterlə yatmaq bədənin təzyiqini artıracaq və melatonin hormonunu aşağı salacaq. Bu da sizin sürətli xəstələnməyinizə səbəb olmaqla yanaşı rahat yatmağınızın da qarşısını alar.

Yaşıl yarpaqlı bitki ilə qatıq yemək

Gündəlik yeməklərdə çox olaraq istifadə olunan yaşıl yarpaqlı bitkilərlə qatığın bir yerdə yeyilməsi düzgün deyildir. Qatığın içərisindəki kalsium yaşıl yarpaqlı göyərtilərdəki dəmir minerallarını neytrallaşdırır.

Balıqla qatıq yemək səhv deyildir

Yayılan bu səhv məlumata görə balıqla qatığı bir yerdə yemək olmaz. Zəhərlənmənin səbəbi qatıq yox, balığın içində olan proteindir. Histaminin adlı proteinin artması allergiya da yarada bilər. Əgər balıq təzədirsə, qatıqla yeməkdən qorxmayın.



Müəllif: Aytən

Oxşar xəbərlər