D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə bölgələrdə “Mənəvi Dəyərlərimizi Qoruyaq: Qadınlar bir arada”adlı layihəyə start verib.
Layihənin məqsədi çoxmillətli, çoxmədəniyyətli, etnik kökənli, bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi olan ölkəmizdə mənəvi dəyərlərimizin təbliği və qorunmasında qadınların rolunun artırılması yönündə maarifləndirmə işlərinin aparılmasıdır. Layihə çərçivəsində ilk tədbirlər Qusar rayonunun Urva kəndində və Quba rayonunun Zərdabi kəndində təşkil edilib.
Tədbir iştirakçılarınaDini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çəkilmiş “Şəhadət”sənədli filmi nümayiş etdirilmiş, “Milli-mənəvi dəyərlər və müasirlik”, “Azərbaycan çoxmədəniyyətli və multicultural dəyərlərə malik bir ölkədir”, “ Ailə ənənələri mənəvi dəyərlərimizin əsas daşıyıcısıdır”,”Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər” mövzuları üzrə paylama materialları verilib. layihənin koordinatoru D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti “Din və maarifçilik” Mərkəzinin rəhbəri Əntiqə Qurbanova, layihənin eksperti Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova, təlimçi D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin əməkdaşı hüquq müdafiəçisi Cəmilə Səmədovadır.
Tədbirlərdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin regional şöbəsinin əməkdaşı Elnur Ağasiyev, QHT Forumunun Şimal bölgə koordinatoru Eynulla Xeyrullayev, Quba rayon İcra Hakimiyyətinin əməhdaşı Aynur xanım iştirak ediblər.