İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində Zaqatalada seminar-treninq keçirilib.
DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminar treninqdə çıxışlarda Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb. Eyni zamanda şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin düzgün çatdırılmasına din xadimləri xüsusi əhəmiyyət verməlidirlər.
Müzakirələrdə yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmamasının qarşısının alınması istiqamətində həyata keçirilən təbbirlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.
BƏXTİYAR