“Xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlər ölkəmizdə əməkdaşlığa dəvət edilə bilər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu məsələ yeni qəbul edilən Dövlət Proqramında nəzərdə tutulub:
“Kifayət qədər azərbaycanlı alim dünyanın müxtəlif ölkələrində pedoqoji, elmi fəaliyyətlə məşğuldur. Onlar arasında 90-cı illərdə və daha sonra gedənlər var. Proqramın icrası zamanı Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ikili diplom dövlət proqramının həyata keçirildiyi təhsil müəssisələrində işə dəvət edə bilərik”.