Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.
Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, 17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunub.
Bundan sonra onlar ərazi ilə tanış olublar.