11 Dekabr 2018 15:40
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər həyatı daha xoşbəxt yaşamaq üçün insanlara 5 şeydən uzaq durmağı tövsiyə edir.

Teleqraf.com xəbər verir ki, bunu psixoloq Xanım Niftəliyeva deyib.

Psixoloqun sözlərinə görə, insan ilk növbədə keçmişindən xilas olmalıdır:

“Keçmişinizə bu gün yaşadığınız həyatı idarə etməyə imkan verməyin. Olmuşların ötüb keçməsinə imkan vermək lazımdır. Acını özünlə daşıyıb gələcəyi məhv etmək olmaz. Keçmişin qaranlığını geridə qoyun, belədə parlaq gələcəyinizin işığını qoruyacaqsanız.

Kimsə sizə qarşı səhv edibsə, qalib gəlməyinizin yeganə yolu budur ki, onun getməyinə icazə verin və yolunuza davam edin. Siz nifrətlə yaşasanız, onlar qalib gələcək.

Başqa insanların fikir və mühakimələrinə də diqqət etmək lazımdır. Əgər kiməsə uyğun gəlmək, yaxud arzulanmaq istəsəniz, irəli gedə bilməyəcəksiniz”.

Xanım Niftəliyeva hesab edir ki, insan özü üçün qurduğu məhdud inanclardan yaxa qurtarmağı bacarmalıdır:

“İnsan öz həyatının məhdudlaşdırmış inanclar tərəfindən idarə olunmasına imkan yaratmamalıdır. Sizin gənc yaşlarınızdan tətbiq etdiyiniz bu məhdudiyyətlər bütün həyatınızı ələ keçirə bilər”.

Psixoloq insanın xoşbəxt olması üçün münasibətlərin də ciddi rol oynadığını düşünür:

“Münasibətlər çox həssas mövzudur. Dünyada sevgidən böyük heç nə yoxdur. Söhbət kiminləsə münasibətdə olmadan yaşaya bilməyən adamdan gedir. Yanlış adamla sadəcə yalqız qalmamaq üçün birlikdə olmaq yolverilməzdir. İnsanlar ruhi gücünü qüvvətləndirməlidir ki, yalqız qalanda da münasibətdə olduğu kimi xoşbəxt olsun. Başqalarının sizi xoşbəxt etməsinə ehtiyacınız yoxdur.

Beşinci amil isə pulla bağlıdır. Pul planetdə insanların əksəriyyətini idarə edir. Hər kəs bilir ki, pulla necə böyük işlər görə və başqa insanlara kömək edə bilər. Pulun sizin qərarlarınızı idarə etməsinə mane olun.

Əgər sizə bir əşyanı, yaxud işi sadəcə madiyyata görə seçirsinizsə, çox böyük səhvə yol verirsiz. Siz öz ruhunuzu ortaya qoymaqla bir insana yardım edə, yaxud arzuladığınız işi başa çatdıra bilərsiniz, sonra pul da gələcək. Özü də sizin istədiyinizdən daha çox…”


Müəllif: Mənsur Rəğbətoğlu