Əl yükündən 5000 ədəd siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.
Baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5000 ədəd "Senator" adlı siqaret aşkarlanıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.