Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib. O, paylaşdığı videoda Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırmaqdan belə çəkinməyib.
Qeyd olunan məsələ cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. Bir sıra tanınmış şəxslər, şəhid ailələri, sadə insanlar gənc xanıma etirazlarını müxtəlif formada bildirib. Nərmin Şahmarzadə özü isə şəxsi facebook hesabında paylaşdığı videoda söylədiyi fikirlərə görə peşman olmadığını və sözünün üstündə dayandığını bildirib.
Mövzu ilə bağlı aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran Axundova etirazını bildirib. O, psixoloqun məhkəməyə verməyin lazımlığını bildirib.
"Onu məhkəməyə vermək lazımdı. Nəyi gözləyirik? Kiminsə ... çorəyimizi yeyərək suyumuzu içərək bizim qəhrəmanlıq simvolumuzu qatil adlandırır? Düşmənimizə ürəyi yanır? Getsin o erməni otursun ermənistanda ürəkyananlıq eləsin.", deyə Şəhid anasını etirazını bildirib.
Femida.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.
Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da münasibət bildirib.O, qeyd edib ki, belə bir məsələyə baş qoşmaq əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarıdır. Həmin kadrları təqdim edirik: