25 Dekabr 2018 16:00
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçen "qanuni oğru" Həmzət Qastəmirov (Şeyx Həmzət) Azərbaycana gəlib.

Teleqraf.com A24.az-a istinadən xəbər verir ki, o, mərhum azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin məzarını ziyarət edib. Onun məzarına əklil qoyan Həmzət Qastəmirov Rövşən Canıyevi heç vaxt unutmayacağını və unutdurmayacağını da bildirib.

Şeyx Həmzət Lənkəranskinin məzarından video da paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Həmzət Qastəmirovun düşməni olan kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Türkiyədən Azərbaycana ekstradisiya olunub. O, Bakıda ciddi nəzarət altında saxlanılır. Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.

Sözügedən görüntüləri sizə təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər