11 Yanvar 2019 11:29
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu vəzifəyə teatrın gənc aktyor və rejissoru Turqay Vəlizadəni təyin edib.

T.Vəlizadə teatrın ilk azərbaycanlı bədii rəhbəri olub. Belə ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri tutublar.

Qeyd edək ki, T.Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.

Xatırladaq ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze ötən ilin oktyabr ayında səhhəti ilə əlaqadər işdən çıxıb./Report/


Müəllif: Teleqraf.com