28 Avqust 2014 13:36
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Teleqraf.com xəbər verir ki, Təhsil Nazirliyi bununla əlaqədar rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, 1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib.

“Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli 422 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin 22 mart 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb. Nailə xanıma uzun ömür, can sağlığı və uğurlar arzulayırıq”.

Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər