21 Yanvar 2019 18:00
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Babək” prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb və həmin hissə üzrə hərəkət bərpa olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Xatırladaq ki, bu gün səhər saatlarında “Babək” prospektində yolun 2-3 kvadrat metrlik hissəsində asfalt deformasiyaya uğramışdı. Bununla əlaqədar olaraq həmin hissə bağlanmış, sürücülər alternativ yola yönləndirilmişdi.


Müəllif: Aytən