2 Fevral 2019 12:31
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib.

Ruslan Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.

İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər