2018-ci il ərzində 12014 şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Məlumata görə, onlardan 9460-ı işləməyən və oxumayan, 3497-i əvvəllər məhkum edilmiş, 663-ü qadın, 417-i yetkinlik yaşına çatmayanlar olub.