Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərovun ifalarının da yer aldığı albom Avropada 200 min tirajla satılıb.
Bu barədə Teleqraf.com-a məlumat verən xanəndə deyib ki, fransız sənətçiləri ilə birlikdə hazırlanan sözügedən albom İtaliyada işıq üzü görüb.
Albom Avstriyanın Melbourne şəhər radiosunda mütəmadi olaraq səslənib və yüksək reytinq toplayıb. Albomda yer alan mahnılardan ən çox dinlənilən xanəndənin ifasında “Sarı gəlin” mahnısı olub.