İranın paytaxtı Tehranda Xocalı soyqırımına həsr olunmuş Xocalı Beynəlxalq Rəsm Sərgisi keçirilir.
Teleqraf.com xəbər verir ki, İranın Bəsic Mostazafin Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Məhəmməd Əli Möminiha sərginin bir neçə beynəlxalq ictimai müəssisənin təklifi və təşəbbüsü, Bəsic Mostazafin Təşkilatının dəstəyi və Tehran Meriyası Mədəniyyət və İncəsənət Təşkilatının əməkdaşlığı ilə baş tutduğunu deyib.
Sədrin sözlərinə görə, sərginin məqsədi Azərbaycan xalqının dərdinə şərik olmaqdır.
Sərgi fevralın 27-dək Tehranda Xalqlar Mədəniyyət Mərkəzində keçiriləcək.