1 Mart 2019 23:39
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti ravvin Mark Şnayer və “İqls Vinqs” yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störnsün rəhbərliyi ilə ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti 3-8 mart tarixlərində Azərbaycanda səfərdə olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığı baxımından əhəmiyyətli olan səfər müddətində nümayəndə heyətinin Xarici İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirməsi, habelə ölkəmizdəki tolerantlıq mühiti ilə tanışlıq məqsədilə Bakıdakı yəhudi məktəbi, Heydər məscidi, pravoslav, katolik kilsələri, eləcə də Dağ və Avropa yəhudilərinin sinaqoqlarına, o cümlədən yəhudilərin kompakt yaşadıqları Quba rayonu Qırmızı Qəsəbəyə səfər etməsi nəzərdə tutulub.

Eyni zamanda, səfər proqramı çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə martın 5-də Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər