Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib.
Martın 5-də saat 14.00-da M.F.Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirəcək.
Mətbuat nümayəndələri dəvət olunur.