1 Sentyabr 2014 20:00
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radiolu uşaq arabası – ABŞ, 1921

Uşaqlardan çox valideynləri üçün nəzərdə tutulan bu araba uşaqlara ziyan verdiyi üçün istehsalı dayandırılıb.

Tək təkərli motosiklet – İtaliya, 1931

Mucit M. Goventosa de Udinenin icad etdiyi bu motosiklet saatda 150 km-ə qədər yol qət edə bilirdi. Sonralar mosikletlər hazırda bildiyimiz şəklə düşüb.

Taxta çimərlik geyimi – ABŞ, 1929

Geyinilməsi mümkün olmayan bu çimərlik geyimini kimin hansı məqsədlə hazırladığı məlum deyil.

Körpələrin üçün pəncərə - qəfəs - 1922

Körpə uşaqların günəşlənməsi üçün düşünülmüş əcaib qəfəs.

Yataq pianosu – İngiltərə, 1935

Yatdığı yerdə piano çalmaq istəyənlər üçün düşünülüb. Yataq xəstələri üçün də əlverişli idi.

Radiolu şlyapa –ABŞ, 1931

Belə şlyapanı başda gəzdirmək ağır olduğu üçün geniş yayılmadı.

Yataraq oxuma eynəyi – İngiltərə, 1936

Şərhsiz…

Qatlana biləcək köprü – Hollandiya, 1926

Dahiyanə bir fikir olsa da, normal bir körpü daha təhlükəsiz olduğu üçün bu ideya həyata keçmədi.

Ülkər


Müəllif:

Oxşar xəbərlər