15 Mart 2019 07:45
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Şəhər Mərkəzi Xəstəxanasında işləyən 5 tibb bacısı Afət Fərmanqızının ifa etdiyi “Pəncü şeş” mahnısını oxuduqlarına görə işdən qovulub.

Teleqraf.com xəbər verir ki, bu barədə prodüser-aparıcı Tarix Əliyev (Tolik) öz Instagram səhifəsində məlumat verib.

O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib.

Tibb bacısı baş verən hadisəni təsdiq edib:

“Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi”.

Xatırladaq ki, Afət Fərmanqızının dahi Nəsiminin qəzəlinə bəstələdiyi “Pəncü şeş” mahnısı ictimai qınaqla qarşılanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər