“Sumqayıt” klubunun futbolçusu Əfran İsmayılov dizindəki ağrılara görə Türkiyədə əməliyyat olunub.
Teleqraf.com xəbər verir ki, futbolçu əməliyyatdan sonra özünün İnstaqram səhifəsində foto paylaşıb.
“Şükürlər olsun hər şey yaxşıdır. Həkim Mehmət Sərdar Binnətə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Əfran İsmayılov qeyd edib.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən yay “Qarabağ”dan ayrılandan sonra “Sumqayıt”a keçib.