Qar uçqunu səbəbindən bir neçə gündür bağlı olan Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti yenidən bərpa edilib.
Teleqraf.com Az qafqazinfo-ya istinadən xəbər verir ki, fasiləsiz çalışmalar nəticəsində yolda yığılıb qalmış tonlarla qar kütləsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, hadisə martın 20-də yolun 34-36-cı km-lik hissəsində baş vermişdi.