25 Mart 2019 10:12
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib.

Bu barədə Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Hazırda sənəd qəbulunun davam etdiyi bildirilib: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzusunu reallaşdıra biləcək".

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər