2 Sentyabr 2014 16:25
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfər həbs edilib.

Teleqraf.com virtualaz.org saytına istinadən bildirir ki, bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Ukrayna daxili işlər nazirinin müavini, DİN Baş İstintaq İdarəsinin rəisi Vitali Sakalın sözlərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 4 nəfər yaxalanıb. Onların ən gənci 22 yaşındadır.

Yada salaq ki, əslən azərbaycanlı olan Oleq Babayev iyulun 26-da səhər naməlum şəxslər tərəfindən qətlə yetirilib.

1965-ci ilin oktyabrında Kursk şəhərində anadan olan O.Babayev “Vorskla” futbol klubunun sahibi idi. O, 2010-cu ildən Kremençuk şəhərinin meri vəzifəsində işləyirdi.


Müəllif:

Oxşar xəbərlər