Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəisi, polkovnik Arif Vaqif oğlu Babayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Teleqraf.com-un məlumatına görə, Prezident İlham Əliyevmartın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, martın 28-i Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyidir.