30 Mart 2019 11:18
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Daimi komitəsinin toplantısında iştirak etmək üçün aprelin 1-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, QDİƏT Parlament Məclisinin Daimi komitəsi və Baltik Assambleyasının birgə görüşündə “Okeanlarımızın və dəniz həyatının qorunması” mövzusunda müzakirələr aparılacaq.

Görüşdə üzv ölkələrin milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.

Sonra Eldar Quliyev Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Burada o, müəllifi olduğu “Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına görə “İlin Alimi” medalı ilə təltif olunacaq.

Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olub.

1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirib, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnib.

1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləyib. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb.

1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir.

2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir.

Onun çap olunmuş əsərləri bunlardır:

Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011.

Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012.

Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013.

Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015.

"Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" - monoqrafiya, Almaniya, Cologne, 2017.


Müəllif: Cavad

Oxşar xəbərlər