8 Aprel 2019 01:35
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda son tunc-erkən dəmir dövrünə aid nekropolda maddi mədəniyyət nümunələri aşkar olunub.

Teleqraf.com-un məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

Arxeoloji tədqiqatlar Goranboy rayonunun Səfikürd kəndi ərazisində Qarasu dərəsinin sağ sahilində yerləşən Qarasu dərəsi nekropolunda aparılır. Son tunc-erkən dəmir dövrünə aid nekropolda aparılan tədqiqatlar zamanı zəngin maddi mədəniyyət nümunələri aşkar edilib.

Qazıntılar zamanı qəbirdən bir ədəd böyük küp, 3 ədəd orta həcmli küp və bardaq, metal əşyalar, çoxsaylı bəzək nümunələri və yanmış sümük qalıqları tapılıb. Tunc və dəmirdən hazırlanan məişət əşyalarına bıçaqları və iynəni, bəzək əşyalarına isə tunc və müxtəlif minerallardan hazırlanan qolbaqları, asma bəzəkləri, muncuqları və s. aid etmək olar.

Ekspedisiya, həmçinin Goranboy rayonu ərazisində yeni kurqanlar qeydə alaraq rayon ərazisində mövcud olan abidələrin siyahısına daxil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər