11 Aprel 2019 15:48
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə ölüm xəbəri yayılan bəstəkar Ətiqə Ələkbərova 5 il ruhi xəstəlikdən müalicə almasından danışıb.

Teleqraf.com-un məlumatına görə, ARB TV-nin “Səhər-Səhər” proqramına danışan bəstəkar söyləyib ki, hələ sağ olduğunu bildirib:

“Ərsiz yaşaya bilərəm, musiqisiz yox. Həmin adamam mən. Lazımsız, bayağı mahnıları söndürürəm. Elton, Nurlan oxuyanda mən ağlayıram. Musiqini biz yazırıq, gözəlləşdirən müğənnidir. Eldar Mansurov mənə zəng edib həmişə deyirdi ki, sən sakit bəstəkarsan.

Nazpəri 2 mahnımı götürdü, 2 dənə yüzlük verdi. Hansı ki, “Ayrılmayaydıq” mahnısı ilə milyonçu oldu. Mən mahnı satmırdım. Adam sevdiyi şeyi sata bilməz. Müğənni mənə 500 manat pul verirdi, dedim ki, get Xanım İsmayılqızının yanına, o sənə mahnı verər”.

Bəstəkar daha sonra xaricdə yaşayan qızlarından da söz açıb: “Gecə polislər içəri girdi, hamısı məni qucaqladı. Dedilər ki, bizlik deyil, rəis dedi ki, gəlsin yanıma, işim var. Qonşum şikayət edib ki, guya ona balta qaldırmışam. Orda dedilər ki, ruhi xəstəxanaya göndəriləcək. 5 il orada yatdım.

Qızlarım Amerikadadır. Əkiz qızlarımdır. Vaxtları yoxdur görüşməyə gələlər. Gələrlər də. Darıxıram. Neyləsinlər, uşaqları var, işləyirlər”.


Müəllif: Cabbar

Oxşar xəbərlər