Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabının türk dilinə tərcüməsinin Ankara şəhərində təqdimat mərasimi keçiriləcək.
Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Elmira Axundova mərasimdə iştirak etmək üçün aprelin 15-də Türkiyənin paytaxtına səfər edəcəklər.