“İydə” parfümeriya şirkəti yeni kolleksiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, şirkət media nümayəndələri və ətir sevərləri Azadlıq prospektində yerləşən filialına toplayıb. Tədbirdə məqsəd yeni ətir kolleksiyası olan “Xəmsə”ni təqdim etmək və ətir psixologiyası haqda qonaqları maarifləndirmək olub.
Tədbirdə şirkətin marketinq departamentinin direktoru Günel Məmmədova qonaqları salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə tanınmış psixoterapevt Afət Əsgərzadə ətir psixologiyasından danışaraq ətir terapiyasının insan orqanizminə olan təsirini açıqlayıb.
Daha sonra şirkətin nümayəndəsi Aygül Qədirova “İydə” parfümün 3-cü kolleksiyası olan “Xəmsə” haqqında daha ətraflı məlumat verib. O, yeni kolleksiyanın 5 növünün adını açıqlayıb: "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə".
Tədbirin sonunda qonaqlar üçün furşet təşkil olunub.