18 Aprel 2019 16:57
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənədlə palata üzvlərinin sosial müdafiəsi gücləndirilib.

Belə ki, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər