Ötən gecə Daşkəsən rayonuna güclü qar yağıb.
Teleqraf.com-un qərb bürosunun verdiyi xəbərə görə, dağlıq ərazidə qarın hündürlüyü 20-25, rayon mərkəzində 15-20 santimetrə çatıb.
Qarlı hava şəraiti hələ də davam edir.
Nəqliyyatın hərəkətində hər hansı problem yoxdur.