Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu gün Qazaxıstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, deputat Nur-Sultan şəhərində “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpoziumda iştirak edəcək.