5 Sentyabr 2014 12:04
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda baş verən yol qəzalarında 56 uşaq ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Namidan Piriyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 7 ayında respublika ərazisində 1448 yol qəzası baş verib. Nəticədə 609 nəfər ölüb, 1483 nəfər yaralanıb.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 160, ölüm sayı 27, yaralı sayı isə 253 fakt azalıb.


Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 533 yol qəzası baş verib. Nəticədə 192 nəfər ölüb, 384 nəfər yaralanıb.


Hesabat dövründə sərxoş sürücülər tərəfindən 37 yol qəzası qeydə alınıb. Nəticədə 19 nəfər ölüb, 46 nəfər yaralanıb.


Cari ilin ilk 7 ayında surət həddini aşma səbəbindən 426 yol qəzası qeydə alınıb. Nəticədə 211 nəfər ölüb, 351 nəfər yaralanıb.


Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 56 uşaq ölüb, 119-u isə yaralanıb.


N.Piriyev hesabat dövründə paytaxtda 529 yol qəzası olduğunu qeyd edib. Bu qəzalarda 164 nəfər ölüb, 528 nəfər isə yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda baş verən yol qəzaları 55, ölüm faktı 34 yaralı, sayı isə 67 fakt azalıb.


Müəllif:

Oxşar xəbərlər