5 Sentyabr 2014 12:23
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə Şəki rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 19 nəfəri “Qızıl medal”a layiq görülüb. Ali məktəblərə sənəd vermiş 1130 məzundan 612 nəfəri tələbə adını qazanıb. Bundan əlavə, 170 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məzunlardan 135 nəfəri 500-dən, o cümlədən 40 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

Teleqraf.com xəbər verir ki, yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri Şəki şəhər rəhbərliyi mükafatlandırıb. Şəki şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılovadan aldığımız xəbərə görə, bununla əlaqədar “Şəki-palas” otelində gənclərlə görüş keçirilib və 600-dən çox bal toplayan gənclərin adı açıqlanıb: “18 nömrəli tam orta məktəbinin məzunu Secan Qaffarlı 695 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat fakültəsinə daxil olub. Şəhərdəki 7 nömrəli tam orta məktəbin məzunu Nizami Qasımov 691, şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Minayə Xurşudova isə 685 bal toplayıblar”.

Görüşdə “Qızıl medal”a layiq görülən, həmçinin qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanan gənclərə şəhər icra hakimiyyəti adından qiymətli hədiyyələr təqdim olunub.

NİGAR


Müəllif: