Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdədir.
Teleqraf.com xəbər verir ki, tədbirdə insan haqları, sosial hüquqlar, psixoloji sağlamlıq, dərman asılılığı problemı, həmçinin əmək miqrasiyasının uşaqlara təsiri, uşaqlara olan zorakılığın qarşısının alınması ilə bağlı məsələlərə baxılacaq.
Yığıncağda Avropa Şurası İnkişaf Bankının gələcək fəaliyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.
Sonra millət vəkili AŞPA çərçivəsində keçiriləcək konfransda iştirak etmək üçün sabah Strasburq şəhərinə gedəcək.