Sosial mediada açıq-saçıq geyimləri ilə məşhurlaşan Mərvə Sanay bu dəfə başqa bir libasla izləyicilərini heyrətləndirib.
Teleqraf.com xəbər verir ki, o, hicabla fotosunu paylaşıb.
İnstaqramın hekayə bölümündə paylaşılan fotoya Mərvə Sanayın izləyiciləri müxtəlif şərhlər yazıblar. Həmişə dekolteli geyimiylə diqqətə çıxan sosial media fenomeninin şəklinə rekasiyalar belə olub: "Yəqin bu bir Ramazan stilidi". "Sənə yaraşır, kaş həmişə belə geyinəsən".
Bəzi məlumatlara görə, o, hazırda Səudiyyə Ərəbistanında ziyarətdədir.
Həftənin əvvəlində sosial media hesabı ələ keçirilən Mərvə Sanayın futbolçu Hakan Çalhanoğlu və aktyor Əngin Öztürklə yazışmaları yayılmışdı.