25 May 2019 16:01
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Gürcüstan Prezident Salome Zurabişvilinin imzaladığı əfv sərəncamında bir azərbaycanlı da yer alıb.

Teleqraf.com “Report”a istinadən xəbər verir ki, dövlət başçısının əfv etdiyi 8 məhbusdan biri Telavi rayonunun Qaracalar kənd sakini Şakir Astanovdur.

Ş.Astanov qız qaçırdığına görə 7 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzasının 2 ilə yaxın müddətini cəzaçəkmə müəssisəsində çəkib.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev “Report”a bildirib ki, Ş.Astanovun ailə üzvləri təşkilata müraciət ediblər: “Konqres adından azərbaycanlı gəncin əfv olunması xahişi ilə prezident yanında Əfv üzrə dövlət komissiyasına müraciət olundu. Müraciətimizi təmin etdiyinə görə Gürcüstan Azərbaycanlılarının Milli Konqresi və azərbaycanlı gəncin ailəsi adından Salome Zurabişviliyə minnətdarlığımızı bildirirəm”.

Qeyd edək ki, 26 may Gürcüstanın Müstəqillik günü ilə əlaqədar imzalanmış əfv sərəncamı ilə, ümumilikdə, 8 məhbus və şərti cəza çəkən 3 nəfər azadlığa buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər