Rusiyada yaşayan azərbaycanlı müğənni Emin Ağalarov “Çelsi”-“Arsenal” oyununu izləmək üçün Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi özünün İnstaqram səhifəsində məlumat verib.
O, qarşılaşmanın baş tutduğu “Olimpiya” stadionundan “Dünən Bakıda” qeydi ilə fotosunu paylaşıb.
Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının final oyunu Bakının “Olimpiya” futbol meydanında keçirilib. 4:1 hesabı ilə yekunlaşan oyunda İngiltərənin “Çelsi” klubu mepion adını qazanıb.