Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı ordunun keçmiş komandanı Samvel Babayanın ofisinə hücum edən Aleksey Balayan və Roland Aydinyan həbs olunub.
Teleqraf.com xəbər verir ki, Babayanı öldürməyə cəhddə təqsirli bilinən şəxslər qanunsuz silah əldə etmə və saxlamada ittiham olunur.
Məlumata görə, Balayan və Aydinyan Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, Aleksey Balayan və hücuma məruz qalan Samvel Babayan Azərbaycanın Qarabağ bölgəsində işğalçılıq fəaliyyətini həyata keçirmiş separatçı ordusunun qurucularından biridir.
Mayın 30-da Samvel Babayanın İrəvandakı ofisinə silahlı basqın olub. Yolu bağlayan silahlı şəxslər ofisi gülləbaran ediblər.
Aleksey Balayan və Roland Aydinyan Ermənistan Ana Vətən Partiyasının keçmiş lideri Araik Arutyunyan tərəfindən himayə edilir. Arutyunyan isə bu iddianı təkzib edir.