Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a bildirilib ki, iyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147 min 489 hektar ərazidə taxıl biçini aparılıb, 144 min 499,5 hektar ərazidə arpa, 2 min 990,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 436 min 570,5 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,6 sentner təşkil edir.
Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 min 926 hektar sahənin 27 min 960 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 sentner/hektar təşkil edir. Neftçala, Şəki, Biləsuvar və Sabirabad rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib: