11 İyun 2019 15:41
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır.

Bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov məlumat verib.

"Hər bölgədə logistika mərkəzlər qurulacaq. Artıq Ələtdə belə mərkəz - azad ticarət zonası qurulub", - deyə o, qeyd edib.

Bundan başqa, R.Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir./report/


Müəllif: Teleqraf.com