Sentyabrın 12-də Birinci Dünya müharibəsinin ildönümü münasibətilə Azərbaycanda Fransız İnstitutunda Qafqaz Observatoriyası tərəfindən Bruno Elinin “I Dünya müharibəsi (1914-1918) Qafqazda” mövzusunda konfransı keçiriləcək.
İnstitutdan verilən məlumata görə, konfransda Birinci Dünya müharibəsində ikinci cəbhədəki əməliyyatlara dair məruzə dinləniləcək.
Qeyd edək ki, Bruno Eli 1939-cu ildə andan olub. Hərbi karyerası sayəsində dörd qitədə olub, Avrasiyada Anadolu yarımadasından Çinədək olan xüsusi marağına görə yenidən universitet təhsili alıb.
Səxavət