24 İyun 2019 12:03
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, ikinci prezident Əbülfəz Elçibəyin doğum günüdür.

Teleqraf.com-un məlumatına görə, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

2013-cü ildə Əbülfəz Elçibəyin "Vorovski"dəki evindən əməkdaşımız Nərgiz Ehlamqızının çəkdiyi fotoları təqdim edirik:


Müəllif: Teleqraf.com