9 Sentyabr 2014 21:39
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəza törədən sərnişin avtobusunun sahibi danışıb. Bu barədə Movqe.az-a açıqlama verən Etibar Manafov bildirib ki, sərnişin avtobusunun qəza törətməsinə səbəb sürücünün naşılığı olmayıb: "Belə hadisə bütün marşurutlarda baş verir. Həmişə irad tuturlar ki, sürücünü işə götürəndə diqqətli olun. Axı biz neyləməliyik? Bizim xətdə çalışan bütün sürücülərin sənədləri qaydasındadır. Hadisə avtobusu sürücü Valid Məmmədov idarə edərkən baş verib. Bu sürücü 1 ildən çoxdur ki, bizim xətdə çalışır. Avtobusu idarə etmək üçün sürücülük sənədləri, kateqoriyası qaydasındadır. Biz də istəmərik ki, belə hadisə baş versin".

Milli.Az-ın məlumatına görə, bu gün saat 11 radələrində 133 saylı sərnişin avtobusu Binəqədi rayonu ərazisində, yol polisi şöbəsinin yaxınlığında iki nəfəri vurub. Yüngül xəsarət alan yaralılar xəstəxanaya aparılıb. Avtobusun sahibkarı olan "Çinar Trans" MMC faktı təsdiqləyib. Əlavə edilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Avtobus vuran piyadalar ölüm ayağındadır. Bu barədə vurulan piyada SamirHəsənovun qardaşı Elşənməlumat verib. Deyib ki, qardaşı Samir bu səhər əmisi oğlu Təbrizlə Binəqədi ərazisində dayanacaqda dayandıqları zaman 133 saylı avtobus sürətlə onları vurub: "Avtobus tıxac olduğundan qarşı yola çıxıb. Sonra isə avtobusu saxlaya bilməyərək bizim uşaqları vurub”.

E.Həsənov qeyd etdi ki, qardaşı və əmisi oğlu hazırda ağır vəziyyətdədirlər: "Samirin dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb, qanaxması isə davam edir. Təbriz isə komadadır. Avtobusun rəhbərliyi deyir ki, yüngül xəsarətdir. Belə insafsızlıq olar? Uşaqları vurub, sonra da avtobusu yolda qoyaraq qaçıb gedib sürücü. Yerdə qan içərisində qalan uşaqları sərnişinlər yoldan keçən təcili yardımı saxlatdıraraq xəstəxanaya yola salıblar”.

"Hazırda avtobus Binəqədi Rayon Yol Polis Şöbəsinin həyətindədir. Avtobusun şüşələri sınıb. Kim inanmır, gedib baxsın”, - deyə Elşən Həsənov əlavə edib.


Müəllif:

Oxşar xəbərlər