27 İyun 2019 18:23
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ilalyan aktrisa Ornella Muti saxta sənəd hazırlamaq ittihamı ilə çıxarıldığı məhkəmədə uduzub.

Teleqraf.com xəbər verir ki, 2015-ci ildən gedən məhkəmə prosesi bu gün başa çatıb.

Muti 2010-cu ildə işlədiyi dövlət teatrına səhhətindəki problemlə bağlı bir sənəd göndərmiş, narahat olduğu iddiası ilə tamaşa oyununa çıxmaqdan imtina etmişdi. Lakin həmin dönəmdə Mutinin Sank-Peterburqda bir qala gecəyə qatıldığı ortaya çıxmışdı. Qalada Rusiya Prezidenti Vladimir Putin və məşhur aktyor Kevin Kostnerlə söhbət edərkən görüntülənən aktrisanın teatra göndərdiyi sənəddə “öskürək və soyuqdəymə” ifadəsi yazılmışdı.

Bundan sonra aparılan araşdırma çərçivəsində 2015-ci ildə Ornella Mutiyə 8 ay həbs cəzası, 600 avro pul cəzası verilmişdi. Qərara etiraz edən aktrisanın müraciət etdiyi məhkəmə prosesi bu gün onun əleyhinə qərar verib.

Mutinin 6 ay həbs, 500 avro pul cəzası aldığı bildirilib. Məhkəmə 30.000 avro verəcəyi halda, həbs cəzasının ləğv ediləcəyini açıqlayıb. Lakin İtaliya mediası Mutinin bu pulu tapa bilməyəcəyini yazır.

Muti 2017-ci ildə borca görə, qızı Naike ilə Romada kirayə tutduğu mənzildən qovulmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər