İspaniyanın Malaqa şəhərində sinə dekoltesi ilə təyyarəyə minən 31 yaşlı 2 uşaq anası Harriet Osbörn təyyarədən endirilib.
Teleqraf.com xəbər verir ki, buna səbəb qadının 2 azyaşlı uşağının olmasına baxmayaraq, sinəsi açıq köynək geyinməsi olub.
Stüardessa tərəfindən zorla təyyarədən endirilən Harriet olay haqda belə danışıb: “Təyyarənin ekipaj heyəti qorxunc idi, özümü təhqir olunmuş kimi hiss edirəm. Stüardessa hər kəsin gözü qabağında məni təyyarədən endirdi.
“Mənim işlədiyim təyyarəyə belə minə bilməzsiniz, əyninizə paltar geyinməlisiniz”, dedi. Sadəcə ağladım, polisə müraciət etmək üçün terminal qayıtmağa məcbur olduq. Onlara təyyarədən niyə endirildiyimi deyəndə təccübləndilər”.