17 İyul 2019 14:45
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) yarımillik hesabatına dair mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında AKİA-nin il ərzində gördüyü işlər- kredit portfeli məsələri, damazlıq, kənd təsərrüfati texnikasının satışı və digər işlər barədə məlumat verilib.

Agentlik sədri Mirzə Əliyev bildirib ki,AKİA -nın atdığı ən mühüm addımlardan biri cari ilin əvvəlindən etibarən lizinq fəaliyyəti ilə bağlı olub: "Bilirsiniz ki,əvvəllər, heyvanların, kənd təsərrüfatı texnika məhsullarının satışı lizinq fəaliyyəti ilə həyata keçirilirdi. İndi isə bu prosesi fermerlərin istədikləri təchizatçını seçə bilməsi imkanı əvəz edir".

Mirzə Əliyev həmçinin bildirib ki, agentlik bu ilin ilk yarısında 719 fermerin 82.05 milyon manat dəyərində aqrobiznes layihələrini dəstəkləyib.

Hesabatda fermerlərə güzəştli kreditlərin verilməsini həyata keçirilən işlərin uğurlu nəticələrindən biri kimi qiymətləndirən sədr əlavə edib ki, kredit portfeli yaxın zamanda artacaq: "İnanırıq ki, bu da fermerlərin işlərini daha rahat şəkildə qurmasına şərait yaradacaq. Bu istiqamətdə atılan addımlar da bunu sübut edir .Nəzərinizə çatdıraq ki,fermerlərə ötən ilin ikinci yarımilində 11 milyon manata yaxın kredit verilibsə, bu il bu məbləğin artaraq,120 milyon manat olması gözlənilir".

Kənd təsərrüfatı istehsal vasitələrinin satışına da toxunan sədr bildirib ki, agentliyin satış məbləği keçən illə müqayisədə 12 faiz artaraq, 70,7milyon manat təşkil edib.Satış nisbətinin ildən-ilə artdığına diqqət çəkən Mirzə Əliyev cari ildə 316 traktor, 980 digər kənd təsərrüfatı məhsulları satıldığını bildirib.

Fermer və təchizatçılar arasında aparılan məlumatlandırma işlərindən də danışan Mirzə Əliyev kənd təsərrüfatı texnikasının yeni satış mexanizmi və kredit qaydaları barədə fermerləri məlumatlandırmaq, eləcə də təchizatçılarla onlar arasında birbaşa əlaqəni təmin etmək məqsədilə görülən silsilə tədbirlər kimi təşkil edilən 10 min nəfərin qatıldığı 6 texnika yarmarkasını,8 regionda kredit yarmarkalarını qeyd edib.

AKİA-nın kənd təsərrüfatı sahəsində işlməyə marağı və həvəsi olan gənclərin məşğulluğuna dəstək üçün AMAL layihəsinə də diqqət çəkən sədr bunun nəticəsində 400-ə yaxın gəncə beynəlxalq mütəxəssislər tərəfindən treninq keçirildiyini, onların banklarla əməkdaşlağına sərait yaradıldıgıni vurğulayıb. Digər layihələrin də həyata kecirildiyini bildirən sədr bunun davam edəcəyini qeyd edib.

Sonda jurnalistlərin sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər